Bank Of Baku

“Azərbaycan – şərq və qərbi birləşdirən ölkə” mövzusunda beynəlxalq arxeoloji konfrans keçirilir

“Azərbaycan – şərq və qərbi birləşdirən ölkə” mövzusunda beynəlxalq arxeoloji konfrans keçirilir
# 01 aprel 2009 16:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “Azərbaycan – şərq və qərbi birləşdirən ölkə (VII və IV minilliklər)” mövzusunda beynəlxalq arxeoloji konfrans başlayıb. APA-nın xəbərinə görə, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında elmi əməkdaşlığın başlanması münasibətlə Azərbaycanda Almaniya Mədəniyyət Həftəsi çərçivəsində təşkil olunub. Almaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən konfransın açılışında AMEA prezidenti Mahmud Kərimov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Mais Rəhimov, Almaniya xarici işlər nazirinin müavini Gernot Erler və Almaniya səfiri Per Stankina çıxış ediblər. Konfrans çərçivəsində iki ölkənin arxeologiya institutları arasında birgə tədqiqatların aparılmasına dair saziş imzalanıb. Aprelin 3-nə qədər davam edəcək konfransda Azərbaycan və Almaniya ilə yanaşı, Türkiyə, ABŞ və Fransa arxeoloqları da iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR