Bank Of Baku

Babək rayonunda əmək yarmarkası keçirilib

Babək rayonunda  əmək yarmarkası keçirilib
# 01 aprel 2009 16:57 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan Muxtar Respublikasında (MR) əmək yarmarkalarının keçirilməsinə start verilib. Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi
Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün Babək rayonunda ilin ilk əmək yarmarkası keçirilib.
Rayon mərkəzində təşkil olunan yarmarkada müəssisə və təşkilatlar üzrə 80 boş iş yeri təqdim olunub. İndiyədək 22 nəfər vətəndaş daimi işlə təmin olunub.
S. Vəliyev onu da bildirib ki, şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar aprelin sonunadək regionun bütün bölgələrini əhatə edəcək. Artıq bölgələr üzrə yarmarkaların vaxtı və təşkil olunacağı yerlər üzrə qrafik müəyyənləşdirilib. Paralel olaraq regionun idarə və müəssisələrində boş iş yerləri haqqında məlumatlar toplanılır.
Qeyd edək ki, işsiz vətəndaşların rayon və şəhər təşkilatlarında olan mövcud vakansiyalar barədə məlumatlandırılması üçün xüsusi məlumat köşkləri də quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR