Arxeologiya və Etnoqrafiya İnstitutu Xəzər dənizinin dibində arxeoloji tədqiqatlar aparacaq
02 aprel 2009 09:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ölkə prezidentinin 2008-ci il fevralın 5-də verdiyi sərəncama əsasən, 2008-2009-cu illər üçün Azərbaycan arxeologiyasının inkişafına ayrılan 1 milyon manat vəsaitin 30 faizi xərclənib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib. Onun sözlərinə görə, ötən il xərclənən 300 min manat vəsait hesabına 33 abidədə böyük qazıntı işləri aparılıb, Qarabağ bölgəsinin Azərbaycanın nəzarəti altında olan ərazilərində də arxeoloji tədqiqatlar bərpa olunub: “Qarabağ ekspedisiyası 15 il idi ki, işləmirdi. Artıq onun fəaliyyəti bərpa olunub. Tovuzda neolit, eneolit dövrünə aid çoxlu materiallar, qədim Şamaxının, qədim Şəmkirin qalıqları tapılıb. 33 abidənin hər birində aparılan qazıntılar yenidir”.
İnstitut direktoru bildirib ki, sözügedən vəsait hesabına Xəzərin Gürgan adlanan ərazisindən 1 km şimala Gürgan şəhəri adlanan abidə də tapılıb. Abidədə aparılan qazıntılar zamanı əldə edilən materiallar XI – XIII əsrlərə aid saxsı qabların qırıntılarından ibarətdir. M. Rəhimova deyib ki, dənizin dibində arxeoloji tədqiqatlar bu il də davam edəcək.

Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024