Dağıstan Azərbaycanın gənclər siyasəti sahəsindəki təcrübəsindən yararlanmaq istəyir
02 aprel 2009 13:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov Rusiya Federasiyası (RF) Dağıstan Respublikasının gənclər məsələləri nazirinin müavini Qapiz Qapizovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, A. Rəhimov bildirib ki, Azərbaycanla RF arasında siyasi, iqtisadi, mədəni əlaqələr yüksək səviyyədədir. Eyni münasibətlərin gənclər və idman siyasəti sahəsində də qurulmasının vacibliyini deyən nazir bildirib ki, əlaqələri möhkəmləndirmək üçün Azərbaycanla Dağıstanın sərhədində dostluq görüşləri keçirmək olar: “Bizi həm də Xəzər dənizi birləşdirir. Xəzərin Dağıstan və Azərbaycan sahillərində gənclərimizin birgə istirahətini təşkil etmək üçün maraqlı layihələr işləmək olar. Hazırda Azərbaycanda 6 Gənclər evi, 19 Olimpiya Kompleksi fəaliyyət göstərir, 17-si isə tikilir. Bu obyektlərdə də gənclərimiz birgə fəaliyyət göstərə bilər”. Q. Qapizov isə deyib ki, bu il Rusiya prezidentinin sərəncamı ilə “Gənclər ili” elan olunub və bu münasibətlə Dağıstan ərazisində bir sıra tədbirlər həyata keçiriləcək: “Azərbaycanın gənclər siyasəti sahəsində böyük təcrübəsi var. Biz də bu təcrübədən yararlanmaq istəyirik. İlk növbədə isə qonşu ölkələrlə gənclər sahəsində əlaqələrimizi genişləndirmək istəyirik”.
Sosial
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024
FHN Xızıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO
13:35
4 may 2024