Bank Of Baku

Moskvada Azərbaycan vətəndaşları üçün Rusiyanın ali təhsil məktəblərinə qəbul imtahanı keçirilib

Moskvada Azərbaycan vətəndaşları üçün Rusiyanın ali təhsil məktəblərinə qəbul imtahanı keçirilib
# 10 iyun 2009 13:15 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Bu gün Moskvanın 1241 saylı ümumtəhsil məktəbində Azərbaycan vətəndaşları üçün Rusiyanın ali təhsil məktəblərinə qəbul imtahanı keçirilib. APA-nın məlumatına görə, imtahan Heydər Əliyev Fondunun himayəsi ilə Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiya Təhsil və Elm Nazirliyi və Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə təşkilatçılığı ilə keçirilib. İmtahandan əvvəl çıxış edən qəbul komissiyasının sədri, “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Tofiq Məlikli Azərbaycan vətəndaşlarının Rusiyanın ali təhsil müəssisələrində təhsil almasını mühüm addım kimi dəyərləndirib. O imtahanlarda yüksək nəticə göstərən Azərbaycan vətəndaşlarının Rusiyanın ali təhsil müəssisələrində bu ölkənin ayırdığı vəsait hesabına təhsil alacağını deyib. Çıxışlardan sonra imtahana buraxılan abituriyentləri adları açıqlanıb və onlara uğurlar dilənib.

Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru Eldar Quliyev bu il Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün 128 yer ayrıldığını deyib. Bu yerlər üçün 140 abituriyent iddia edir. Soydaşlarımızın təhsil almaq istədiyi ali məktəblər arasında Seçenev adına Rusiya Tibb Akademiyası, Plexanov adına Rusiya İqtisadiyyat Akademiyası, Sankt-Peterburq Dövlət Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti və digər təhsil ocaqları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR