Bank Of Baku

Səhiyyə naziri Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Səhiyyə naziri Cənubi Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 10 iyun 2009 14:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə naziri Oqtay Şirəliyev Cənubi Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq-Çulu qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında tibb sahəsində əməkdaşlığın inkişafı və bir sıra səhiyyə layihələrinin reallaşdırılması məsələləri müzakirə olunub. Əlaqələrin genişləndirilməsinin vacibliyindən danışan Oqtay Şirəliyev iki ölkə arasında müvafiq sənədin imzalanmamasına baxmayaraq, intensiv əməkdaşlığın mövcud olduğunu və bu istiqamətdə ciddi işlərin görüldüyünü vurğulayıb. Nazir tibbi avadanlıq istehsal edən Koreya şirkətlərinin Azərbaycanda nümayəndəliklərinin açılması və təcrübə mübadiləsi həyata keçirmək məqsədilə koreyalı mütəxəssislərinin Azərbaycana dəvət edilməsi təklifi ilə çıxış edib.

Səfir Lyu Kvanq-Çul isə ölkəsinin Azərbaycanın tibb sahəsi ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Səfir bir qrup koreyalı mütəxəssisin Azərbaycana səfərinin planlaşdırıldığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR