Bank Of Baku

“Azərbaycanda prokurorlar üçün Avropa İnsan Haqları Konvensiyasının təlimi” layihəsinin yekun konfransı keçirilib

“Azərbaycanda prokurorlar üçün Avropa İnsan Haqları Konvensiyasının təlimi” layihəsinin yekun konfransı keçirilib
# 11 iyun 2009 08:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avropa Şurası, İsveç və Lüksemburq hökumətlərinin dəstəyi ilə “Azərbaycanda prokurorlar üçün Avropa İnsan Haqları Konvensiyasının təlimi” layihəsinin yekun konfransı keçirilib. APA-nın məlumatına görə, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek 2 il ərzində həyata keçirilən layihədə 700 prokuror və hakimin iştirak etdiyini deyib: “Bu layihə bütün ölkə üzrə keçirilib və prosesin davamlı olması üçün biz milli təlimçilər hazırlamışıq. Güman edirəm ki, həmin təlimçilər bundan sonra da fəaliyyətlərini davam etdirəcəklər. Mən layihənin iştirakçısı olmuş prokurorlardan xahiş edirəm ki, qazandıqları təcrübələri gündəlik işlərində istifadə etsinlər”. V. Kotek Avropa Şurasının insan hüquqları ilə bağlı məsələni daim diqqətdə saxladığını və bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini bildirib.

Respublika Prokurorluğunun kadrlar idarəsinin rəis müavini Zakir Müslümov da layihənin uğurla həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, bu proqram Azərbaycan prokurorlarının ürəyincə olub. Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov isə demokratik yol tutmuş hər ölkə üçün insan hüquqlarının təməli prinsiplərinin tədrisinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR