Bank Of Baku

Quba məzarlığında muzey yaradılması istiqamətində işlər sürətlənib

Quba məzarlığında muzey yaradılması istiqamətində işlər sürətlənib
# 11 iyun 2009 08:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Quba məzarlığında muzey yaradılması istiqamətində işlər sürətlənib. Bu barədə APA-ya Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan Nazirlər Kabinetindən verilən tapşırığa əsasən, İcra Hakimiyyəti tərəfindən Quba məzarlığının şəkilləri çəkilərək Bakıya göndərilib. Y. Abidov deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə yanaşı, Quba rayon İcra Hakimiyyəti də muzeyin neçə yaradılması ilə bağlı təkliflərini verəcək. Hələlik isə İcra Hakimiyyəti məzarlıqdakı sümükləri parçalanmadan qorumaq üçün xüsusi dərman almaq niyyətindədir.

Y. Abidovun sözlərinə görə, dərmanlar ya Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərindən, ya da Misirdən gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR