Bank Of Baku

Azərbaycan paytaxtında və bəzi rayonlarda 35 dərəcə isti gözlənilir

Azərbaycan paytaxtında və bəzi rayonlarda 35 dərəcə isti gözlənilir
# 11 iyun 2009 08:52 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 27-31, axşam 20-23 dərəcə isti olacaq.

İyunun 12-də isə hava dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Gecə 18-21, gündüz 27-31 dərəcə isti olacaq. İyunun 13-də də havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 28-32 dərəcə isti olacaq. İyunun 14-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 18-21 dərəcə, gündüz 28-33 isti, yarımadanın bəzi yerlərində 35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 12-də hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 17-22 dərəcə isti olacağı ehtimal olunur.

İyunun 13-14-də də hava əsasən yağmursuz olacaq. Lakin 14-də gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR