Bank Of Baku

Culfa rayonunun bir sıra kəndlərini sel basıb

Culfa rayonunun bir sıra kəndlərini sel basıb
# 11 iyun 2009 08:54 (UTC +04:00)
Naxçıvan-APA. Dünən axşamdan başlayaraq Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna yağan aramsız yağışlar nəticəsində bir sıra kəndləri sel basıb. APA-nın xəbərinə görə, rayonun Camaldın, Xoşkeşin, Saltax kəndlərində Əlincə çayı üzərində yerləşən körpülərə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerlərinə gəliblər. Hazırda bir neçə kənd arasında əlaqə yaradan körpülərin bərpası istiqamətində tədbirlər həyata keçirilir. Kəndlərin həyətyanı sahələrini də sel basıb. Evlərə isə ziyan dəyməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR