Bank Of Baku

Azərbaycanda şagirdlərin 90 faizi məktəbə məktəbli forması ilə gedir

Azərbaycanda şagirdlərin 90 faizi məktəbə məktəbli forması ilə gedir
# 11 iyun 2009 11:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Hazırda Azərbaycandakı şagirdlərin 90 faizə yaxını məktəbə məktəbli forması ilə gedir. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, məktəbli formasının tətbiqinə bir il əvvəl başlanıb və bu iş davam edəcək: “Dünyanın əksər ölkəsində şagirdlər məktəbə məktəbli forması ilə gedirlər. Biz ötən il bu işə yeni başlayanda müəyyən narazılıqlar var idi. Lakin getdikcə bu işin qaydaya düşəcəyinə əminəm”. Nazir iş adamlarına da müraciət edib: “Məktəbli formalarının həm keyfiyyətinə, həm də üslubuna diqqət yetirilməlidir. Hələlik bu sahədə müəyyən problemlər var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR