Bank Of Baku

Zaqatalada iki yeni tikilən obyekt istifadəyə verilib

Zaqatalada iki yeni tikilən obyekt istifadəyə verilib
# 11 iyun 2009 13:01 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada iki yenu tikilən obyekt istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, dövlət büdcəsi hesabına, rayonun mərkəzində 15 otaqdan və böyük əməliyyat zalından ibarət iki mərtəbəli yeni poçt binası tikilib. Yeni tikilən poçt binası müasir texniki avadanlıqlarla təchiz olunub. Bu gün yeni tikilən poçt binasının açılış mərasimi keçirilib. Mərasimdə “Azərpoçt” dövlət müəssəsinin rəhbəri Qəmbər Bəybalayev, Zaqatala rayonunun icra başçısı Asif Əsgərov, müvafiq idarə rəhbərləri və rayon ziyalıları iştirak edib.
Rayonun daxili imkənları hesabına, Yuxarı Tala kəndində yeni inşa olunana idman meydançasının da açılış mərasimi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR