Bank Of Baku

Nazir: “Ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında “2” alanın qiymətini heç kəs düzəldə bilməz”

Nazir: “Ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında “2” alanın qiymətini heç kəs düzəldə bilməz”
# 11 iyun 2009 13:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Ümumtəhsil məktəblərinin buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən aparılır. Orada «2» alanın qiymətini heç kəs düzəldə bilməz”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov IX siniflərdə keçirilən buraxılış imtahanlarında «2» alanlara rüşvət vasitəsilə yuxarı qiymət yazılmasına dair məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri bilinən kimi bütün ictimaiyyət, o cümlədən şagirdlər özləri bundan xəbər tutur: “Çünki nəticələr hazır olan kimi qiymətlər nazirliyin internet səhifəsində yerləşdirilir. Ona görə də qiymətlərdə heç kəs düzəliş edə bilməz”.
Nazir bildirib ki, buraxılış siniflərində şagirdlərin illik qiymətlərinin şişirdilməsi halları mümkündür: “Nazirlik bu hallara qarşı müvafiq tədbirlər görməyə hazırdır. Qaydaları pozan məktəb rəhbərləri və müəllimlər ciddi şəkildə cəzalandırılacaq”.
XI siniflər üzrə regionlarda keçirilmiş imtahanların nəticələrinə gəlincə, M. Mərdanov deyib ki, hələlik qiymətləndirmə tam yekunlaşmayıb: “Mən indiyədək keçirilən imtahanlarda ciddi narahatlıq və narazılıq görmürəm. Əlbəttə ki, biz nəticələri iyunun 16-da Bakıda keçiriləcək imtahandan sonra elan edəcəyik. Lakin mən bir şeyə sevinirəm ki, ötən ildən fərqli olaraq, artıq ictimaiyyət də, imtahan verənlər və onların valideynləri də bizi düzgün başa düşməyə başlayıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR