Bank Of Baku

Ali məktəblərinin magistratura pilləsinə aparılan ixtisas seçimində 2700 bakalavr iştirak edib

Ali məktəblərinin magistratura pilləsinə aparılan ixtisas seçimində 2700  bakalavr iştirak edib
# 11 iyun 2009 14:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İyunun 8-dən 13-dək cari tədris ili üçün ali məktəblərinin magistratura pilləsinə internet vasitəsilə ixtisas seçimi aparılır. Bu gün saat 15.30-dək olan məlumata görə, mayın 3-də ali məktəblərin magistratura pilləsinin birinci mərhələsinə keçirilən imtahanda müsabiqə şərtlərini ödəmiş 6383 bakalavrdan 2700 nəfəri “ixtisas seçimi ərizəsi”ni doldurublar”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, onlardan 2270 nəfər rus, 430 nəfər isə Azərbaycan bölməsi üzrə magistraturaya sənəd verib. Qeyd edək ki, bu mərhələdə mayın 3-də magistratura pilləsinin birinci mərhələsinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə görə müsabiqə şərtlərini ödəmiş (ümumi balı 50-dən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika və xarici dil üzrə topladığı bal isə 10-dan az olmayan) bakalavrlar iştirak edə bilərlər. E. Nağızadə deyib ki, .sözügedən bakalavrlar TQDK-nın internet saytında ödəmə kartından istifadə etməklə bakalavrın “ixtisas seçimi ərizəsi”ni təsdiq etməlidirlər. Yalnız iyunun 13-ü axşam saat 12.00-dək internet vasitəsilə “ixtisas seçimi ərizəsi”ni təsdiq edən bakalavrlar iyunun 21-də keçiriləcək magistraturaya qəbul imtahanın ikinci mərhələsində iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR