Bank Of Baku

Azərbaycan prezidenti tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb
# 11 iyun 2009 17:09 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi üçün tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya bildirilib ki, sərəncama əsasən, 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 5,0 (beş) milyon manat, M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təmir işlərinin tamamlanması və texnoloji proseslərin müasirləşdirilməsi üçün 5,0 (beş) milyon manat, Respublika Klinik Uroloji Xəstəxanasının təmirinin başa çatdırılması və avadanlıqlarla təchiz edilməsi üçün 2,0 (iki) milyon manat olmaqla, cəmi 12 (on iki) milyon manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR