Bank Of Baku

Azərbaycanın iki tibb bacısı BQXK-nın medalına layiq görülüb

Azərbaycanın iki tibb bacısı BQXK-nın medalına layiq görülüb
# 12 iyun 2009 07:20 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycandan olan iki tibb bacısını “Florens Naytingeyl” medalı ilə təltif edib. Bu barədə APA-ya Azərbaycan Qızıl Aypara Cəmiyyətindən (AzQAC) bildirilib. Məlumata görə, tibb bacısı Gültəkin Qafarova könüllü olaraq AzQAC-nin Sağlamlıq və Qayğı Şöbəsinin baş tibb bacısı olub, ictimai səhiyyə maarifi sahəsində və münaqişə vəziyyətində fəal olub. Onun dünyasını dəyişdiyi bildirilib. Digər tibb bacısı Umleyla Aslanova isə könüllü tibb bacısı olaraq AzQAC-nin Binəqədi rayon Komitəsində çalışır.
Milli Cəmiyyətlər tərəfindən təqdim olunan namizədlərin əsaslı müzakirəsindən sonra, BQXK “Florens Naytingeyl” medalının 42-ci dəfə təqdimatına layiq görülməsi üçün 15 ölkədən 28 nəfər seçildiyini elan edib.
Qeyd olunub ki, medal – müstəsna cəsarət nümayiş etdirən və münaqişə yaxud fəlakət qurbanlarına sədaqət və ya ictimai səhiyyə və maarifləndirmə sahələrində yaradıcı və nümunəvi xidmət göstərən tibb bacısı və könüllü köməkçilər üçün ən yüksək beynəlxalq fərqləndirmə mükafatıdır.
Artıq 80 ildir ki, Milli Qızıl Xaç və ya Qızıl Aypara cəmiyyətlərinin fəal üzvləri və ya daimi köməkçiləri olan təcrübəli kişi və qadın tibb işçiləri və könüllüləri bütün dünyada “Florens Naytingeyl” Medalı ilə təltif olunurlar. Medal hər iki ildən bir müasir tibb işinin yaradıcısı olan Florens Naytingeylın anadan olmasının ildönümündə təqdim olunur. Bu günə qədər, ümumilikdə 1337 medal təqdim olunub və onlardan on nəfərinə Azərbaycanlı tibb işçiləri layiq görülüblər.
Məlumata görə, BQXK-nın Azərbaycandakı nümayəndəliyi bu gün AzQAC-la birgə iki Azərbaycanlı tibb bacısına “Florens Naytingeyl” Medalını təltif etmə mərasimi keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR