Bank Of Baku

Amerikalılar bu il 1,3 trln. dollar kasıblaşıb

Amerikalılar bu il 1,3 trln. dollar kasıblaşıb
# 12 iyun 2009 07:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin birinci rübündə ABŞ əhalisinin sosial rifahı 1,3 trln. dollar azalıb. «APA-Economics»in www.CNNMoney.com portalına istinadən verdiyi məlumata görə, Federal Ehtiyat Sisteminin maliyyə axınları barədə məruzəsində deyilir ki, amerikalıların rifahı 50,4 trln. dollara enib. Rifahın azalmasının əsas səbəbi kimi səhm və daşınmaz əmlakın ucuzlaşması qeyd edilir.

Məruzəyə əsasən, əhaliyə məxsus olan səhmlərin ümumi dəyəri cari ilin əvvəlindən 5,8% azalaraq 5,2 trln. dollar, daşınmaz əmlak isə 2,4% ucuzlaşaraq 17,9 trln. dollar təşkil edib.

Amerikalıların məcmu sosial rifahının azalması ardıcıl olaraq yeddi rüb davam edir, lakin azalmanın templəri bir qədər zəifləməyə başlayıb. Belə ki, ötən ilin yekunlarına görə, bu göstərici 10,9 trln. dollara bərabər olub.

Sosial rifahın zəifləməsi ilə paralel amerikalılar borcalmaları da azaldır. Belə ki, birinci rübdə əhalinin məcmu borcu illik müqayisədə 1,1% azalaraq 13,8 trln. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR