Bank Of Baku

Yağışlar nəticəsində Azərbaycanın bəzi çaylarında sululuq artıb

Yağışlar nəticəsində Azərbaycanın bəzi çaylarında sululuq artıb
# 12 iyun 2009 08:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. İyunun 10-da axşam və 11-də gecə yağan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən bildirilir ki, Milli Hidrometeorologiya Departamentinin məlumata görə, hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 100-257, Balakən-Şəki bölgəsi çaylarında isə normanın 90-135 faizini təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Qazax-Gəncə və Lənkəran-Astara bölgəsi çaylarında sululuq normanın 30-75 faizi həcmindədir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəldikdə, hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 365 m3/san (ongünlük normanın 62 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 56 faizi olmaqla 328 m3/san olub. Qanıx çayından Mingəçevir su anbarına axım 132 m3/san (ongünlük normanın 78 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 42 faizi olmaqla 71 m3/san olub.

Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 412 sm (2008-ci ildə 340 sm), Şirvanda (Əlibayramlı) 320 sm (2008-ci ildə 268 sm), Bankədə 278 sm (2008-ci ildə 271 sm), Araz-Novruzluda 220 sm (2008-ci ildə 70 sm) təşkil edir.

Şəmkir su anbarının hazırkı səviyyəsi 152,69 metr (2008-ci ildə 150,37 metr), Mingəçevir su anbarının səviyyəsi 78,25 metr (2008-ci ildə 78,45 metr), Araz su anbarının səviyyəsi isə 777,48 metrdir (2008-ci ildə 774,13 metr).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR