Bank Of Baku

Rusiyada yaşayan 36 Azərbaycan vətəndaşı bu ölkənin nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanıb

Rusiyada yaşayan 36 Azərbaycan vətəndaşı bu ölkənin nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanıb
# 12 iyun 2009 08:33 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Ümumrusiya Azərbaycan Konqresi yanında qəbul komissiyası Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının bu ölkənin ali təhsil müəssisələrinə qəbulu ilə bağlı keçirilən imtahanın nəticələrini açıqlayıb. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, qəbul komissiyasının sədri, Ümumrusiya Azərbaycan Konqresinin təhsil komitəsinin rəhbəri Tofiq Məlikli bu il Rusiyanın müxtəlif universitetlərində ayrılmış 128 yerə 122 ərizənin qəbul olunduğunu deyib. Ayrılmış yerlərdən 20-yə yaxını Moskva ali məktəblərinin, digərləri isə regionlardakı ali təhsil müəssisələrinin payına düşür. İmtahanın nəticələrinə görə Rusiyada yaşayan 36 Azərbaycan vətəndaşı bu ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə ediblər. Onların sənədləri artıq Azərbaycan Tələb Qəbulu üzrə Dövlət Komissiyasına göndərilib. Nəticələr təsdiqləndikdən sonra sənədlər Rusiya Təhsil və Elm Nazirliyinə geri qaytarılacaq.

Tofiq Məlikli Rusiyada yaşayan soydaşlarımızın Plexanov adına Rusiya İqtisadi Akademiyası, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Seçenev adına Rusiya Tibb Akademiyası, Moskva DÖvlət Dillər Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti kimi aparıcı ali məktəblərə qəbul olunduqlarını deyib. Qeyd edək ki, test üsulu ilə keçirilən imtahanlarda minimum keçid balı 200, maksimum bal isə 600 təşkil edib. Bəzi abituriyentlər imtahanda 565-570 kimi yüksək bal toplayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR