Bank Of Baku

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsil məktəblərinə sənəd qəbulu başlayır

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsil məktəblərinə sənəd qəbulu başlayır
# 12 iyun 2009 09:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsil məktəblərinə sənəd qəbulu başlayır. APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, sənəd qəbulu iyunun 24-dən iyulun 31-dək davam edəcək. M. Abbaszadə deyib ki, 9 illik təhsil bazasından 46 dövlət, 1 özəl orta ixtisas məktəbinə 9 min 516 plan yeri ayrılıb. Bakıdakı abituriyentlər sənədləri təhsil aldıqları tədris müəssisələrinin yerləşdiyi rayonda, müvafiq sənəd qəbulu komissiyasına təqdim etməlidir. Bunun üçün Bakıda 21 məktəbdə sənəd qəbulu komissiyası yaradılıb. Digər şəhər və rayonların abituriyentləri isə yaşadıqları rayonlardakı sənəd qəbulu komissiyalarına müraciət edə bilərlər. TQDK sədri deyib ki, orta ixtisas məktəblərinə sənəd qəbulu İnternet vasitəsilə deyil, ənənəvi qaydada, yazılı ərizə formasına qəbul ediləcək. Bunun üçün abituriyentlərdən heç bir ödəniş tələb olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR