Bank Of Baku

Qeydiyyatsız, saxta, vaxtı keçmiş, mənşəyi məlum olmayan dərman preparatları məhv edilib

Qeydiyyatsız, saxta, vaxtı keçmiş, mənşəyi məlum olmayan dərman preparatları məhv edilib
# 12 iyun 2009 10:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Respublika Baytarlıq Laboratoriyasının krematoriya və avtoklavında qeydiyyatsız, saxta, vaxtı keçmiş, mənşəyi məlum olmayan dərman preparatları məhv edilib. APA-nın məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin (DBX) baytarlıq nəzarəti üzrə müfəttişi Qədim Məhərrəmov bildirib ki, xidmətin mütəxəssisləri mart ayından başlayaraq Bakı, Gəncə və Mingəçevir şəhərlərində, Astara, Lənkəran, Masallı, Şəmkir, Göygöl, Ağdaş, Göyçay, Ucar, Bərdə, Yevlax, Sabirabad, Biləsuvar, Cəlilabad və Salyan rayonlarında fəaliyyət göstərən baytarlıq apteklərində reyd keçiriblər. Reydlər zamanı apteklərdə qeyri-qanuni dərman preparatları aşkarlanıb. Apteklərdən götürülən 76 adda baytarlıqda tətbiq edilən dərman preparatları bu gün məhv edilib.

Müsadirə olunaraq zərərsizləşdirilən preparatlar əsasən İran, qismən isə Rusiya, Hindistan, Hollandiya, İordaniya, Türkiyə və digər ölkələrdə istehsal edilmiş məhsullar olub. Q. Məhərrəmov qeyd edib ki, qanunsuz dərman satışı ilə məşğul olan apteklər barəsində tədbir görülməsi üçün analoji araşdırmalar digər bölgələrdə də aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR