Bank Of Baku

Təhsil naziri: “Özəl ali məktəblərdə dövlət imtahanlarını çox ciddi nəzarətə götürəcəyik”

Təhsil naziri: “Özəl ali məktəblərdə dövlət imtahanlarını çox ciddi nəzarətə götürəcəyik”
# 12 iyun 2009 11:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda ölkədə mövcud olan özəl ali məktəblərin keyfiyyəti nə məni, nə də cəmiyyəti qane edir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bu problemi yaradan səbəblər müxtəlifdir: “Bütün səbəblər təkcə özəl ali məktəbləri yaradan şəxslər və ya qurumlarla bağlı deyil. Görünür, cəmiyyətin özündə də müəyyən problemlər mövcuddur. Ancaq təkliflərimiz var. Bu istiqamətdə ciddi addımlar atacağıq”.

Nazir iyunun 19-da özəl ali məktəblərdə dövlət imtahanlarının başlayacağını söyləyib: “Nazirlik imtahanları çox ciddi nəzarətə götürəcək. Bizi özəl ali məktəblərə qəbuldan daha çox, buraxılan mütəxəssislərin keyfiyyəti maraqlandırır. Mənə elə gəlir ki, bu işin istədiyimiz səviyyədə olması üçün müəyyən qədər zaman lazımdır. Çünki universitet yaratmaq, orada keyfiyyətli kadr hazırlamaq nə zavod qurmaqdır, nə fabrik. Əhəmiyyətli işi görmək üçün müəyyən vaxt lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR