Bank Of Baku

Şirvanda uşaq yoluxucu xəstəliklər və cərrahiyyə şöbələrinin açılış mərasimi keçirilib

Şirvanda uşaq yoluxucu xəstəliklər və cərrahiyyə şöbələrinin açılış mərasimi keçirilib
# 12 iyun 2009 11:19 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı-APA. Şirvanda uşaq yolxucu xəstəliklər və cərrahiyyə şöbələrinin açılış mərasimi olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhər mərkəzi xəstəxanasının ərazisində Uşaq yoluxucu xəstəliklər və cərrahiyyə şöbələrinin açılış mərasimi olub. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş şöbələr xəstələrə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verir. Uşaq yolxucu xəstəliklər şöbəsi reanimasiya otağı ilə, cərrahiyyə şöbəsi isə iki cərrahiyyə bloku, rəqəmsal texnologiyaya malik kardio və tənəffüs aparatları, reanimasiya otağı, palatlarda mərkəzləşdirilmiş oksigen çıxışları və digər müasir avadanlıqlarla təmin edilib. Açılış mərasimində Səhiyyə nazirinin müavini Elsevər Ağayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR