Bank Of Baku

Təhsil Nazirliyinin “Qaynar xətt”i ilboyu fəaliyyət göstərəcək

Təhsil Nazirliyinin “Qaynar xətt”i ilboyu fəaliyyət göstərəcək
# 12 iyun 2009 11:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyinin “Qaynar xətt”i yalnız qış və yay imtahan sessiyalarında deyil, bütün ilboyu fəaliyyət göstərəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib: “Qərara almışıq ki, “Qaynar xətt” təkcə sessiyalarla bağlı olmasın və kampaniya xarakteri daşımasın. İlboyu nazirliyin dörd əməkdaşı “Qaynar xətt”in zənglərinə cavab verəcək. Bu işdə bizə korrupsiyaya qarşı mübarizə aparan dövlət və qeyri dövlət təşkilatları və beynəlxalq təşkilatların nümayəndələri də kömək göstərirlər”.

M. Mərdanovun sözlərinə görə, nazirlik bütün telefon zənglərinə, hətta anonim zənglərə belə dərhal cavab verərək məlumatları araşdırmağa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR