Bank Of Baku

Ali məktəblərin magistraturasına ixtisas seçimində 3519 bakalavr iştirak edəcək

Ali məktəblərin magistraturasına ixtisas seçimində 3519 bakalavr iştirak edəcək
# 12 iyun 2009 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-2010-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbulun birinci mərhələsinin nəticələrinə əsasən 6383 bakalavr ikinci mərhələyə buraxılaraq ixtisas seçimində iştirak hüququ qazanıb. Bu gün saat 10.00-dək həmin bakalavrlardan yalnız 3519 nəfəri (2925 nəfəri Azərbaycan, 594 nəfəri rus bölməsi üzrə) “Bakalavrın elektron ixtisas seçimi ərizəsi"ni təsdiq edib. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, TQDK tərəfindən 2009-2010-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsinə internet vasitəsilə ixtisas seçimi iyunun 8-də başlayıb və 13-də yekunlaşacaq. İxtisas seçiminə mayın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən (ümumi balı 50-dən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika və xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan) bakalavrlar buraxılırlar. Qeyd olunan müsabiqə şərtlərinə cavab verən bakalavrlar "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə TQDK-nın saytında "Bakalavrın elektron ixtisas seçimi ərizəsi" formasına daxil olaraq qəbul proqramını və ixtisasların kodlarını seçməli və təsdiqləməlidirlər. İyunun 13-ü saat 24:00-dək internet vasitəsilə ixtisas seçimi ərizəsini təsdiq edən bakalavrlar magistraturaya qəbul imtahanının iyunun 21-də keçiriləcək ikinci mərhələsində iştirak edə biləcəklər. İmtahanda iştirak etmək üçün bakalavrlar iyunun 18-dən etibarən elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Bakalavrlar ikinci mərhələdə də "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən ünvanda və tarixdə imtahanda iştirak etməli, "İmtahana buraxılış vərəqəsi"ni (ikinci mərhələ üçün) və şəxsiyyəti təsdiq edən sənədi mütləq özləri ilə gətirməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR