Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi Heydər Əliyev Fondunda olub

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi Heydər Əliyev Fondunda olub
# 12 iyun 2009 14:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov və Fondun Mərkəzi Aparatının əməkdaşları Heydər Əliyev Fondunda olublar. Bu barədə «APA-Economics»ə DSMF-nin sektor müdiri Elman Babayev məlumat verib.

DSMF əməkdaşlarına 5 il öncə yaradılmış Fondun çoxşaxəli fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən ibarətdir.

DSMF sədri S.Müslümov Heydər Əliyev Fondu ilə tanışlığın rəhbəri olduğu qurumun əməkdaşlarında zəngin təəssürat doğurduğunu bildirib. S.Müslümov qeyd edib ki, H.Əliyev irsinin tədqiq edilib toplanmasında, təbliğində, dünyaya çatdırılmasında Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər ən yüksək qiymətə layiqdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR