Bank Of Baku

“Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılması” layihəsi çərçivəsində növbəti görüş keçirilib

“Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılması” layihəsi çərçivəsində növbəti görüş keçirilib
# 12 iyun 2009 14:14 (UTC +04:00)
Bakı-APA. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyində (TOHGMİB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolunun artırılması” layihəsi çərçivəsində növbəti görüş "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə keçirilib. APA-nın məlumatına görə, Azərbaycan ordusunun dünəni, bu günü və gələcəyi, ümumiyyətlə, Silahlı Qüvvələrimizin suverenliyimizi, ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını təmin etmək qüdrətinə malik olması barədə məlumatların ictimaiyyətə çatdırılmasında, gənclərdə vətənpərvərlik hissinin aşılanmasında mətbuatın rolu geniş müzakirə olunub. Görüşdə TOHGMİB-in sədri Emin Həsənli bildirib ki, layihə çərçivəsində idarəetmə qrupu ilə bərabər bir sıra mətbuat nümayəndələri, gənclər və QHT təmsilçiləri ilə də bu kimi görüşlər təşkil olunub. “Silahlı Qüvvələrin beynəlxalq standartlara cavab verdiyini göstərən şərtlərdən biri də onun peşəkar hərbi kadrlarla tam təmin olunmasıdır” deyən V. Rəhimzadə bildirib ki, bunu mütəmadi olaraq millət vəkillərinin, media nümayəndələrinin hərbi hissələrə təşkil olunan səfərləri zamanı da görmək mümkündür. Görüş iştirakçıları arasında aparılan fikir mübadiləsi əsasında bildirilib ki, cəmiyyətin həyatında böyük rola malik olan mətbuat orqanları vətənpərvərlik mövzusuna daha çox müraciət etməklə Azərbaycanda bu hissin daha da artırılmasına yardımçı olurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR