Bank Of Baku

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Təşkilatının sessiyasında çıxış edib

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Təşkilatının sessiyasında çıxış edib
# 12 iyun 2009 15:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Beynəlxalq Əmək Təşkilatının Cenevrədə keçirilən 98-ci sessiyası çərçivəsində aparılan müzakirələrdə çıxış edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, F.Ələkbərov Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar, xüsusilə qlobal maliyyə və iqtisadi böhranın təsirinin azaldılması istiqamətində hökumət tərəfindən görülən qabaqlayıcı tədbirlər barədə məlumat verib.

İyunun 10-da F.Ələkbərov Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Xuan Samovia, habelə BƏT-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Petra Ulşöfer, direktor müavini Alyona Nesporova və digər şəxslərlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qlobal maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirinin azaldılması məqsədilə həyata keçirilməyə başlanılmış tədbirlərin müsbət nəticələr verdiyi qeyd edilib.

Rəsmi Bakının sosial-iqtisadi sahədə uğurlarını yüksək qiymətləndirən X.Samovia isə Azərbaycanın böhranın təsirinin azaldılması baxımından digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb.

Görüşün sonunda F.Ələkbərov X.Samovianı Azərbaycana səfərə dəvət edib.

Səfər çərçivəsində F.Ələkbərov Banqladeşin əmək və məşğulluq naziri Hoseyn Moşarrafla görüşüb. Görüşdə iki ölkənin müvafiq qurumları arasında müvafiq istiqamətlər üzrə əməkdaşlığın qurulması və həyata keçirilməsinə maraq ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR