Bank Of Baku

Oğuzda yeni tikilən xəstəxana istifadəyə verilib

Oğuzda yeni tikilən xəstəxana istifadəyə verilib
# 12 iyun 2009 15:20 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov-APA. Bu gün Oğuzda yeni tikilmiş xəstəxana istifadəyə verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, inşasına 2006-cı ilin iyunundan başlayan, ümumi sahəsi 3100 kvadratmetr olan və 80 çarpayılıq Oğuz Mərkəzi Rayon Xəstəxanası dövlət büdcəsi hesabına tikilib. Yeni tikilən xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunub.
Xəstəxananın açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib.
Bu gün həmçinin O. Şirəliyevin iştirakı ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub. Xəstəxana dövlət büdcəsi hesablına təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR