Bank Of Baku

Azərbaycanın iki tibb bacısı BQXK-nın Florens Naytingeyl medalı ilə təltif olunub

Azərbaycanın iki tibb bacısı BQXK-nın Florens Naytingeyl medalı ilə təltif olunub
# 12 iyun 2009 15:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti BQXK-nın Florens Naytingeyl medalı ilə təltif olunmuş iki tibb bacısının - Gültəkin Qafarova və Umleyla Aslanovanın medallarının təqdim olunması ilə bağlı mərasim təşkil ediblər. APA-nın məlumatına görə, tibb bacıları və könüllü sanitar xidməti göstərənlər üçün ən yüksək beynəlxalq mükafat olan bu medal silahlı münaqişə və digər fəlakət qurbanlarına yardım etmək üçün göstərilmiş xüsusi cəsarət və xidmətlərə görə, həmçinin ictimai sağlamlıq və sanitariya təhsili sahəsində nümunəvi xidmətləri dəyərləndirmək məqsədilə təqdim olunurlar. G. Qafarova və U. Aslanova BQXK-nın Florens Naytingeyl medalının 42-ci təqdimatı üçün 15 ölkədən seçilmiş 28 nəfərin arasındadırlar. Mükafat medaldan, diplomdan və Florens Naytingeylin portretinin fotoqravürasından ibarətdir. Qeyd edək ki, G. Qafarova Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Səhiyyə şöbəsində baş tibb bacısı vəzifəsində çalışıb. O həmçinin könüllü ictimai tibb işçisi kimi münaqişə qurbanlarına yardım göstərib. G. Qafarova bu yaxınlarda dünyasını dəyişdiyindən medal onun bacısına təqdim olunub. U. Aslanova isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon şöbəsində akuşer mama və könüllü tibb bacısı kimi çalışır. Florens Nayningel medalı iki ildə bir dəfə müasir tibb bacısı peşəsinin pioneri olmuş Florens Naytinqeylin doğum günü tarixində təqdim olunur. Bu günə qədər ümumilikdə 1337 medal təqdim olunub. Onlardan 10-u azərbaycanlı tibb bacılarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR