Bank Of Baku

Azay Quliyev ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi Şöbəsinin rəhbəri xanım Monika Martinezlə görüşüb

Azay Quliyev ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi Şöbəsinin rəhbəri xanım Monika Martinezlə görüşüb
# 12 iyun 2009 16:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu gün ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi Şöbəsinin rəhbəri xanım Monika Martinezlə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunu”na Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsi tərəfindən irəli sürülmüş əlavə və dəyişikliklər geniş müzakirə olunub. Əlavə və dəyişiklər haqqında qonağa ümumi məlumat verən A.Quliyev bildirib ki, hazırda Şuranın ekspertləri bu təklifləri diqqətlə öyrənir və bu iş başa çatdıqdan sonra Şura müvafiq rəylə çıxış edəcək. Görüşdə qanuna ediləcək dəyişiklərlə bağlı ATƏT təmsilçisi xanım Monika Martinezi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib və bu müzakirələrin davam olunması haqqında razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR