Bank Of Baku

Salyanın bəzi kəndləri üç gündür işıqsız qalıb

Salyanın bəzi kəndləri üç gündür işıqsız qalıb
# 13 iyun 2009 08:53 (UTC +04:00)
Salyan. Əlibәy Zeynallı - APA. Salyanın bəzi kəndlərinə üç gündür, elektrik enerjisi verilmir. Bu barədə APA-nın Mil-Muğan bürosuna həmin kəndlərin sakinləri bildiriblər. Onların bildirdiyinə görə, rayonun Qaraqaşlı, Beşdəli, Xocalı, Cəngən və Qardaşbəyli kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu səbəbdən təxminən 4500 sakin üç gündür işıqsız qalıb. Əhalisinə xidmət göstərən ticarət obyektlərinin sahibləri bildirirlər ki, mağazalarda olan tez korlanan ərzaq məhsulları xarab olub, nəticədə onlara xeyli ziyan dəyib.

Şirvan “Yüksək Gərginlikli Şəbəkə” MMC-dən APA-ya bildirilib ki, Salyan rayonunun Plastmas qəsəbəsi ərazisində yerləşən 35/6 kV-luq transformatorun yanması səbəbindən bu kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Yanmış transformatorun bu gün əvəzlənəcəyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR