Bank Of Baku

BMT Baş katibi: “2050-ci ilə qədər ekoloji məcburi köçkünlərin sayı 200 milyona qədər arta bilər”

BMT Baş katibi: “2050-ci ilə qədər ekoloji məcburi köçkünlərin sayı 200 milyona qədər arta bilər”
# 16 iyun 2009 08:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. BMT иaş katibi Pan Gi Mun 17 iyun - Ümumdünya səhralaşma və quraqlığa dair mübarizə günü ilə bağlı üzv dövlətlərə müraciət ünvanlayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Səhralaşma, quraqlıq və torpağın deqradasiyası Yer səthinin 1/3 hissəsinə təsir edir ki, bu da 1 milyard insanın firavan yaşam tərzinin və inkişafının təhlükə qarşısında olması deməkdir. Uzunmüddətli səhralaşma, aclıq və artan yoxsulluqla üzləşən bir çox insanın yeganə seçimi başını götürüb qaçmaqdır. Hesablamalara görə, dünyada təxminən 24 milyon ekoloji məcburi köçkün var. Bu rəqəm 2050-ci ilə qədər 200 milyona qədər arta bilər”.

Baş katib vurğulayıb ki, bu il Ümumdünya səhralaşma və quraqlığa qarşı mübarizə gününün qeyd edilməsində əsas məqsəd səhralaşma və quraqlıq nəticəsində ekoloji sabitliyin milli və regional səviyyədə üzləşdiyi və getdikcə daha da çoxalan təhlükəyə diqqət yönəltməkdir: “Ötən 40 il ərzində dünyada münbit torpaqların 1/3 hissəsi münbitlikdən məhrum olub və tərk edilib. Yoxlanılmış torpaqların təxminən ¾ hissəsində səhralaşma və quraqlığın müxtəlif əlamətləri müşahidə olunur. Gəlin, səhralaşmanın və quraqlığın maneəsiz inkişafı nəticəsində yarada biləcəyi riskləri tanıyaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR