Bank Of Baku

Azərbaycanda Dağıstan gəncləri Günləri keçiriləcək

Azərbaycanda Dağıstan gəncləri Günləri keçiriləcək
# 16 iyun 2009 08:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İyulun 3-dən 5-nə kimi Azərbaycanda Dağıstan gəncləri Günləri keçiriləcək. APA-nın RİA “Daqestan” informasiya agentliyinə istinadən məlumatına görə, Dağıstanın gənclərin işi üzrə nazir müavini Qapiz Qapizovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək. «Dağıstan Azərbaycanın gənclər siyasətində olan təcrübəsindən yararlanmaq niyyətindədir», deyən Q. Qapizov xatırladıb ki, Azərbaycanda Gənclər və İdman Nazirliyi 1994-cü ildən fəaliyyət gösərir, iki nazirlik arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Nazir müavini həmçinin bildirib ki, bu il Rusiyada “Gənclər İli” elan olunub, bu isə Rusiya Federasiyasının subyekti olan Dağıstana Azərbaycanla daha aktiv əməkdaşlıq etməyə daha çox imkan yaradır. Azərbaycanda Dağıstan gəncləri Günləri çərçivəsində gənc rəssamların sərgisi, müasir və folklor musiqi ifaçılarının iştirakı ilə konsert proqramı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR