Dövlət Sularda Xilasetmə Xidmətinin rəisi: “Özəl çimərlik sahiblərinin əksəriyyəti ərazilərinin xilasetmə avadanlığı və xilasedicilərlə təmin olunmasını istəmir” – MÜSAHİBƏ
- Dövlət Sularda Xilasetmə Xidmətinin işi barədə məlumat verməyinizi xahiş edirik.
- Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti Azərbaycan Respublikasının su hövzələrindəki çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində axtarış-xilasetmə tədbirləri və nəzarət həyata keçirən icra hakimiyyəti orqanı olaraq 42 məntəqə, post və dalğıc-axtarış qrupları ilə fəaliyyət göstərir. Yay çimərlik mövsümü ilə əlaqədar ərazilərə baxış keçirilir, əhalinin intensiv çimdiyi yerlər müəyyənləşdirilir və həmin ərazilərin nəzarətdə saxlanılması məqsədilə mövsümi və səyyar postlar yaradılır.
- Mövsümlə əlaqədar işə əlavə əməkdaşlar cəlb edilirmi? Ümumiyyətlə, çimərliklərdə nə qədər əməkdaş çalışacaq və onlar bu sahənin mütəxəssisləridirmi?
- Mövsümlə əlaqədar xilasetmə işlərinə əlavə əməkdaşların cəlb edilməsi nəzərdə tutulmayıb. Hər il olduğu kimi, bu il də yay çimərlik mövsümünə hazırlıqla əlaqədar ilk olaraq xidmətin kadr potensialının gücləndirilməsi nəzərdə tutulub və ötən ilin yay çimərlik mövsümünün sonundan bu mövsümün əvvəlinə kimi bu istiqamətdə çox ciddi addımlar atılıb. İki dalğıc kursu ilə yanaşı, bir motorçu-sükançı kursu da keçirilib və nəticədə 100-ə yaxın əməkdaşımız həmin ixtisaslara yiyələnib. Xidmətdə çalışan hər bir şəxs işə götürülməzdən öncə həmin sahə üzrə yoxlamadan keçirilir, müvafiq imtahan verir və onların arasından normativlərə uyğun - həm yaxşı üzməyi bacaran, həm də xilasetmə işlərini bilən insanlar seçilərək matros-xilasedici vəzifəsinə işə götürülür. Ümumilikdə isə əməkdaşlarımızın peşə hazırlığının artırılması istiqamətində il ərzində bir neçə dəfə kurslar, imtahanlar keçirilir, S-1 və S-2 tapşırıqlarının vaxtında və operativ yerinə yetirilməsi yoxlanılır. Bu baxımdan deyə bilərik ki, xidmət 350-dən artıq peşəkar əməkdaşı ilə birgə insanların sularda təhlükəsizliyini qorumağa tam qadir və hazırdır.
- Builki çimərlik mövsümü ilə bağlı qurum əlavə avadanlıqlar alıbmı?
- Dövlət Sularda Xilasetmə Xidməti Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil edildikdən sonra qurumun texniki bazasının gücləndirilməsi istiqamətində çox ciddi işlər görülüb. Xidmətin əvvəlki texniki bazası müasir tələblərə cavab vermədiyindən qurumun texniki bazasının gücləndirilməsi, dünya praktikasında istifadə olunan ən müasir, xilasetmə işlərinin daha çevik və itkisiz aparılması üçün nəzərdə tutulmuş avadanlıqların alınması prioritet vəzifə kimi ən ön sırada durub. Bu gün xidmət inkişaf etmiş ölkələrdə xilasetmə işlərində istifadə edilən xilasetmə texnika və avadanlıqları ilə təmin olunub. Hazırda 100-dən artıq motorlu qayıq, müasir xilasetmə və dalğıc avadanlığı ilə təmin olunan xidmət bu il xilasetmə işlərini daha çevik aparmaq məqsədilə 14 skuter alıb. Belə avadanlıqların alınması davam etdirilir.
- DSXX özəl çimərliklərdə hansı şərtlərlə fəaliyyət göstərir? Özəl və ya qeyri-özəl çimərliklərə hər hansı fərq qoyulurmu?
- Təbii ki, bu istiqamətdə müəyyən çətinliyimiz var. İl ərzində dəfələrlə özəl çimərlik sahiblərinə müraciət edir, ərazilərinin mümkün xilasetmə avadanlığı və xilasedicilərlə təmin olunmasını xahiş edirik. Çox təəssüf ki, əksəriyyət bu istiqamətdə heç bir iş görmür, hətta görmək istəmir. Biz xidmət olaraq insanların sularda təhlükəsizliyini qoruduğumuzdan özəl və ya qeyri-özəl çimərliklərə fərq qoymuruq. Əgər ərazidə insanların intensiv istirahət etdiyi yerlər varsa, biz orada səyyar və yaxud mövsümi postlar qurur və xilasetmə tədbirlərini həyata keçiririk.
- Çimərliklərdə insanlar hansı qaydalara əməl etməlidir? Onlar hər hansı təhlükə ilə üzləşməmək üçün necə davranmalıdır? Ümumiyyətlə, bununla bağlı maarifləndirici bir proqram həyata keçirmək fikriniz varmı?
- Yay fəslində istirahətlərini çimərliklərdə quran insanlar ilk öncə Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının tələblərinə riayət etməlidir. İnsanların sularda təhlükəsizliyinin qorunması istiqamətində il boyu bir sıra addımlar atılır. Əvvəlcə qarşıdan gələn çimərlik mövsümünə hazırlıqla əlaqədar dislokasiyalar müəyyənləşdirilir, çimərlik üçün nəzərdə tutulan sahələr diqqətlə öyrənilir, dalğıclar suyun dibini dəmir parçaları, iri daşlar və insan həyatına təhlükə yarada biləcək əlavə tullantılardan təmizləyir, dərinlik ölçülür və ərazi buylar vasitəsilə məhdudlaşdırılır. Məhz məhdudlaşdırıcı buylarla əhatə olunmuş ərazilər insanların həyatı üçün təhlükəsiz sayılır. Çimərliyə gələn insanlardan ilk tələbimiz həmin buylardan dənizə doğru üzməmələridir. Düzdür, əksəriyyət bu tələbimizə əməl etsə də, təəssüf ki, bəziləri özlərini yaxşı üzgüçü sayaraq dərin yerlərə üzməyə çalışır və bununla da həyatlarını təhlükə altına almış olur. Təcrübəyə əsaslanaraq deyə bilərik ki, dəniz belə şıltaqlığı sevmir. İnsanların sularda davranış qaydaları ilə əlaqədar xidmət əməkdaşları bir sıra maarifləndirici tədbirlər həyata keçirir və proses bu gün də davam etdirilir. Həm dövri mətbuatda çağırışlar etmək, həm də gənc nəslin bu sahədə maarifləndirilməsi xidmətin gündəlik işini təşkil edir. Məlumat üçün bildirək ki, yay çimərlik mövsümü ərəfəsində Azərbaycanın bir sıra bölgələrində - Lənkəran, Salyan, Neftçala, Sabirabad, Şirvan, Xaçmaz rayonlarında, habelə Sumqayıt və Bakı şəhərlərindəki orta məktəblərin IX-XI şagirdləri ilə görüşlər keçirilib, suda davranış qaydaları izah olunub, çimərliklərdəki tələblərimiz çatdırılıb və ortaya çıxan bütün suallara aydınlıq gətirilib.
İnsanların sularda təhlükəsizliyinin qorunması işini çətinləşdirən məqamlardan biri də sahilboyu ərazilərdə fəaliyyət göstərən restoran və ictimai iaşə obyektlərində spirtli içkilərin satışının bu gün də davam etməsidir. Bizim çağırışlarımıza əməl etməyən iş adamlarının spirtli içkilərin satışını davam etdirməsi təəssüf ki, bir çox insanın həyatına son qoyur. Sərxoş vətəndaşın tələblərimizə məhəl qoymadan təhlükəli yerlərdə çimməsi onların həyatına olduqca təhlükə yaratdığından biz dəfələrlə həmin restoran sahibləri ilə fərdi söhbətlər aparmışıq. Spirtli içkilərlə çimərliyə gələn insanların sayı da az deyil. Xidmət olaraq bizim əməkdaşlar sərxoş halda suya girməyə çalışan insanları ilk öncə bu addımlardan çəkindirməyə çalışır, bu fayda vermədikdə isə daim onları nəzarətdə saxlayır.
Bütün bunlarla yanaşı, suda boğulana ilkin kömək göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Vətəndaş həmçinin bilməlidir ki, suda boğulan insana ilkin kömək xilasedicilərə dərhal məlumat verməkdən ibarətdir. Əgər vaxtında xilasedicilərə yer və suda boğulanın sayı barədə dəqiq məlumat verilərsə, bu, xilasetmə işini və suda boğulanın xilas olunmasını asanlaşdırar.
- Son illər ən çox insan boğulan çimərlik hansıdır və bunun səbəbi nə olub?
- Ötən ilin statistikasına əsaslanaraq deyə bilərik ki, aparılmış məqsədyönlü tədbirlər, habelə xilasetmə işlərinin düzgün təşkili nəticəsində 2008-ci il ərzində nəzarətdə olan ərazilərdə heç bir bədbəxt hadisə qeydə alınmayıb. Amma təəssüf ki, bədbəxt hadisələrin qarşısının tam alınması mümkün olmayıb. Bədbəxt hadisələr nəzarətsiz ərazilərdə - qayaların dibində, sərxoş halda suya girmə nəticəsində, insan həyatı üçün təhlükə yaradan və sualtı burulğanlar olan yerlərdə, habelə texniki qəzalar, həyətlərdə olan su quyularına düşmə səbəblərindən qeydə alınıb. Təhlükəli ərazilərdə xəbərdaredici nişanlar qoyulmasına baxmayaraq, bəziləri bu lövhələrdəki tələblərə də məhəl qoymayaraq çimməyə çalışıb və nəticədə həyatı ilə vidalaşmalı olub.
- Builki çimərlik mövsümündə neçə nəfərin həyatını xilas etmək mümkün olub, neçə nəfər suda boğulub?
- Artıq havaların istiləşməsi insanların çimərliklərə üz tutması ilə müşahidə olunur. İyun ayının əvvəlindən bu günə qədər onlarla insanın həyatını xilas etmək mümkün olub. Təbii ki, aparılmış tədbirlər nəticəsində bədbəxt hadisə qeydə alınmayıb.
Sosial
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Xəbər Lenti
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO