Bank Of Baku

Nazir: “Ən çox ağac kəsilməsi Bakının Xətai və Nizami rayonlarında müşahidə edilib”

Nazir: “Ən çox ağac kəsilməsi Bakının Xətai və Nizami rayonlarında müşahidə edilib”
# 25 iyun 2009 09:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycan prezidenti İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı tapşırığı ilə əlaqədar adi nəzarətdən əlavə monitorinq təşkil olunub. Monitorinqin ilkin nəticələri artıq Nazirlər Kabinetinə təqdim edilib”. APA-nın xəbərinə görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Nazir deyib ki, daha çox ağacın kəsilməsi müşahidə edilən Bakının Xətai və Nizami rayonları üzrə ayrıca hesabat təqdim olunub: “Ümumiyyətlə, ağacların kəsilməsi kəskin azalıb. Əsasən yerli investorlar ağacların kəsilməsinə çox ehtiyatla meyl göstərirlər. Amma bununla bərabər, hələ də belə hallar var. Bizə ağacların köçürülməsi ilə də bağlı xahişlər edirlər. Biz bunla bağlı qaydalar hazırlayırıq. Məktubla Nazirlər Kabinetinə müraciət olunub”.
H. Bağırov deyib ki, nazirlik cərimələrin kəskin surətdə artırılmasını istəyir: “Ağacların köçürülməsi ucuz başa gəlmir. Yəni onu köçürməkdən əlavə qayğı da lazımdır. Bütün bunlar üçün vəsarit tələb olinur. Cərimələr o səviyyədə olmalıdır ki, bütün xərcləri ödəsin.Təklif olunub ki, bir ağacın kəsilməsi 3-4 min manat həcminsə cərimə ilə müşayiət olunsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR