Bank Of Baku

Qubada Yaponiyanın yardımı ilə inşa edilmiş məktəb binasının açılışı olacaq

Qubada Yaponiyanın yardımı ilə inşa edilmiş məktəb binasının açılışı olacaq
# 25 iyun 2009 10:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İyunun 30-da Qubanın Xanagah kəndində Yaponiyanın «Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı» çərçivəsində inşa edilmiş məktəb binasının açılışı olacaq. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, layihənin ümumi dəyəri 85.867 ABŞ dollarıdır. Məktəbdə 116 şagird təhsil ala bilər. Layihənin əsas məqsədi Xanagah kəndində yaşayan şagirdlərin təhsil alma şəraitini yaxşılaşdırmaqdır. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR