Bank Of Baku

«Vittel» təbii mineral suyu insanın kalsiuma olan tələbatını ödəyir (R)

«Vittel» təbii mineral suyu insanın kalsiuma olan tələbatını ödəyir  <font color=red>(R)</font>
# 25 iyun 2009 10:10 (UTC +04:00)
Öz zəngin xassələrini Fransanın şərqindəki dağlardan götürən «Vittel» təbii mineral suyu mineral duzlarla qidalanır və qeyri-adi saflıq qazanır və 1,5 litrlik «Vittel» suyu günlük kalsiumun 15%-ni bəxş edir. «Vittel» öz mineral duzları və mikroelementlərinin ideal tarazlaşdırılmış unikal tərkibi sayəsində insanların orqanizminə lazım olan maddələrin daxil olmasını təmin edir. Bu baxımdan «Vittel» orqanizmin kalsium ehtiyatını təmin edə bilən və bununla da insanı hər zaman sağlam tuta bilən təbii mənbədir.

XIX əsrin ikinci yarısından etibarən bütün Avropadan insanlar bu suyun canlandırıcı gücünü öz üzərində təcrübədən keçirmək üçün gəlirdilər. Bir müddət sonra «Vittelin» adı dünyanın dörd bir yanında mineral sularla bərabər hallanmağa başladı.

«Vittel» istirahət mərkəzi sağlam görünmək istəyən hər kəsin ziyarətgahı oldu. İnsanlar buraya həyat enerjisi tapmaq, stress və yorğunluqdan azad olmaq üçün gəlirlər. Məhz burada idmançıları olimpiadalara hazırlayan mərkəz və Aralıq dənizi klubu fəaliyyət göstərir. Bundan başqa, əlverişli iqlim və məşhur termal qaynaqlar «Vittel» mineral suları rayonunu aparıcı istirahət mərkəzinə çevirib. Bütün bu xarakterik xüsusiyyətləri özündə cəmləyən «Vittel» gözəl şərablara və ləziz yeməklərə əlavə olunmaqla dünyəvi şöhrət qazanır. Mineral su olan «Vittel» hər hansı bir restoranın menyusuna fransız incəliyi qata bilər. Bu sular eyni zamanda, insanların həm fiziki, həm də mənəvi sağlamlıqlarını qorumalarını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR