Bank Of Baku

Latviyanın ətraf mühit naziri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yanğınlar törətməsinə münasibət bildirib

Latviyanın ətraf mühit naziri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yanğınlar törətməsinə münasibət bildirib
# 25 iyun 2009 10:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Təəssüflər olsun ki, ətraf mühit məsələləri dövlətlərarası münasibətlərin gərginləşməsində istifadə olunur”. APA-nın məlumatına görə, bunu Avropa İttifaqının üzvü olan Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi yanğınlara münasibət bildirərkən deyib. Latviyalı nazirin sözlərinə görə, istənilən konflikt sülh yolu ilə həll olunmalıdır: “Ətraf mühit bütün ölkələr üçün vahiddir. Bizim ətraf mühitə, bu planetdə yaşayan insanlara necə münasibət bəslədiyimiz çox vacibdir və bundan siyasi məqsədlər üçün istifadə edilə bilməz. İstənilən siyasi məsələ sülh yolu ilə həll olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR