Bank Of Baku

Azərbaycan və Latviya hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan və Latviya hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb
# 25 iyun 2009 10:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, bu gün R.Veyonisin başçılıq etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla birgə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib. Görüşdə Azərbaycanla Latviya arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ətraf mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri üzrə məsələlər müzakirə edilib. H. Bağırov bildirib ki, indiyədək Azərbaycan ekologiya sahəsində Almaniya, Danimarka, Balkan ölkələri və qonşu ölkələrlə 10-dan artıq memorandum imzalayıb. Nazir Avropa İttifaqının üzvü olan Latviya ilə əməkdaşlığının Azərbaycana səmərə verəcəyini deyib. R. Veyonisin isə bildirib ki, Latviyanın ətraf mühitlə bağlı zəngin təcrübəsi var. Ölkəsinin beynəlxalq reytinq göstəricilərində ən yaxşı ekoloji dövlətlər sırasında olduğunu deyən qonağın sözlərinə görə, Azərbaycanla əməkdaşlıq ekoiqtisadiyyat, ekoinnovasiya sahələrində yeni ideyaların yaranmasına şərait yaradacaq.

Sonda Azərbaycan və Latviya hökumətləri arasında ətraf mühitin mühafizə sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR