Bank Of Baku

Hüseyn Bağırov: “Qoruqlar arılar üçün açıqdır, arıçılar üçünsə yox”

Hüseyn Bağırov: “Qoruqlar arılar üçün açıqdır, arıçılar üçünsə yox”
# 25 iyun 2009 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Arıçıların milli parklara, qoruqlara daxil olmaq istəmələri yanlışdır. Qoruqlar arılar üçün açıqdır, arıçılar üçünsə yox”. APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bəzi rayonlarda arıçıların qoruqlara və milli parklara buraxılmaması ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib. O, arıçıların qoruqlara və milli parklara daxil olmasına dair qaydalar işlənib hazırlandığını və yaxın günlər ərzində Nazirlər Kabinetinə təqdim olunacağını söyləyib: “Qaydalarda arıçıların qoruqlara və milli parklara girərək öz yeşiklərini qoyması üçün müəyyən günlər müəyyənləşdiriləcək, amma orada yaşamasına icazə verilməyəcək. Qaydalarda göstəriləcək ki, arıçı hansı şəraitdə, neçə dəfə arıların olduğu zonaya girib-çıxa bilər. Qoruqlara girmək yalnız müşahidə altında olacaq. Qoruq heyvanların evidir. Arıçı bundan sui-istifadə etməməli və vətəndaş mövqeyi göstərməlidir. İndiki halda arıçı gedir milli parka, özünə koma tikir, arvad-uşağını da aparır, mal-qarasını da. Belə qoruq olar? Şikayətlər haqsızdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR