Bank Of Baku

Azərbaycanda 40 dərəcə isti gözlənilir

Azərbaycanda 40 dərəcə isti gözlənilir
# 25 iyun 2009 12:10 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə havanın temperaturu gündüz 34-37 dərəcə, axşam 24-26 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 25-26 dərəcə isti olacaq.

İyunun 26-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyinə keçəcək. Gecə 20-24, gündüz 36-38, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq. İyunun 27-də havanın az buludlu, yağmursuz olacağı gözlənilir, cənub küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 36-39 dərəcə isti olacaq. İyunun 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 32-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 26-da hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. İyunun 27-28-də havanın əsasən yağmursuz olacağı, lakin iyunun 27-də axşam, 28-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək.

Havanın temperaturu iyunun 27-də gecə 20-25 dərəcə, gündüz 37-40 dərəcə, iyunun 28-də gündüz 33-37 dərəcə isti, dağlarda iyunun 27-də gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, iyunun 28-də dağlarda 22-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR