Bank Of Baku

Azərbaycanlı gənclər Berlin Universitetinin “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak edəcəklər

Azərbaycanlı gənclər Berlin Universitetinin “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak edəcəklər
# 25 iyun 2009 12:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Almaniya Bundestaqı və Berlin Universiteti “Beynəlxalq parlament təqaüdü” proqramında Azərbaycan üçün 5 yer ayırıb. Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Almaniya parlamenti tərəfindən maliyyələşdirilən və ölkə universitetləri tərəfindən həyata keçirilən 5 aylıq proqram universitet təhsilinə malik, ixtisaslaşmış, siyasətlə maraqlanan gənclərə Almaniya parlament sistemini öyrənmək imkanı verir. Proqram boyu iştirakçılar birbaşa Almaniyanın parlament üzvlərinin yanında təcrübə keçirlər. 2010-cu ildə təqaüdü 25 ölkədən 115 nəfər, o cümlədən 5 azərbaycanlı alacaq. Sənədlər iyulun 31-nə kimi qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR