Bank Of Baku

Lənkəranda əmək yarmarkası keçirilib

Lənkəranda əmək yarmarkası keçirilib
# 25 iyun 2009 13:03 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhər İcra Hakimiyyəti və rayonun Məşğulluq Mərkəzinin birgə təşkilatçlığı ilə iyunun 25-də Lənkəran Olimpiya İdman Kompleksində sayca Xİ əmək yarmarkası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yarmarkaya rayonun 42 idarə, müəssisə və təşkilatından 513 boş iş yeri çıxarılıb. Bunlardan 239 iş yeri dövlət təşkilatlarından, 35 iş yeri xarici şirkətlərdən, 50 iş yeri fiziki şəxslərdən, 189 iş yeri qeyri-hökumət təşkilatlarından təkilf olunub. Əmək yarmarkasında 16 nəfər peşə kurslarına və 120 nəfər ictimai işlərə cəlb olunub. 206 nəfər iş axtaran vətəndaşa isə işlə təmin olunmaq üçün göndəriş vəsiqəsi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR