Bank Of Baku

“Qeyri-hökumət təşkilatları haqqında” qanuna təkli olunan əlavə və dəyişikliklərin parlamentin gündəmindən çıxarılması tələb edilir

“Qeyri-hökumət təşkilatları haqqında” qanuna təkli olunan əlavə və dəyişikliklərin parlamentin gündəmindən çıxarılması tələb edilir
# 25 iyun 2009 13:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təkli olunan əlavə və dəyişikliklərlə əlaqədar QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ilə QHT-lər arasında görüş keçirilib. APA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev bildirib ki, dəyişiklik təklifləri ortaya çıxdıqdan sonra Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvləri ilə görüşlər keçirilib: “Bu görüşlərdə biz fikirlərimizi bildirmişik, təkliflərimiz səslənib, amma bu günə qədər Milli Məclisdən təkliflərimizə rəsmi cavab ala bilməmişik. Qanuna əlavə və dəyişikliklərlə bağlı layihə parlamentin gündəliyindən çıxarılmayıb və iyunun 30-da keçiriləcək iclasda müzakirə olunacağı gözlənilir. Biz QHT-lərlə birgə müzakirələrin aparılmasını və onların fikirlərinin dinlənilməsini vacib saydıq”.

Vəkil Aslan İsmayılov bildirib ki, bu gün Azərbaycanın ən aparıcı partiyalarının da ölkənin 1/3-də təmsilçiləri yoxdur: “Bunu QHT-lərdən tələb etmək bəri başdan onların yox edilməsidir”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə QHT-lərin fakt qarşısında qaldığını bildirib. Onun fikrincə, Azərbaycanda bu təkliflərlə razılaşacaq QHT ola bilməz: “Bu məsələ ictimaiyyətdə geniş müzakirə olunmalıdır. Vaxt itirmədən Milli Məclisə müraciət etməliyik və bu layihənin gündəlikdən çıxarılmasını istəməliyik”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, QAT sədri Akif Nağı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu və digər QHT rəhbərləri də çıxış edərək layihənin Milli Məclisin gündəliyindən çıxarılmasını təklif ediblər.

A. Quliyev toplantıda səslənən bütün təkliflərin qeyd olunduğunu və Milli Məclisin rəhbərliyinə çatdıracağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR