Bank Of Baku

Bakı məktəblərini bitirən 25503 məzundan 900 nəfəri mərkəzləşdirilmiş imtahanlara buraxılmayıb

Bakı məktəblərini bitirən 25503 məzundan 900 nəfəri mərkəzləşdirilmiş imtahanlara buraxılmayıb
# 25 iyun 2009 13:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu il paytaxt məktəblərini bitirən 25503 məzundan 900 nəfəri ilboyu “kafi” qiymətlər aldığına görə mərkəzləşdirilmiş imtahanlara buraxılmayıb. İmtahanda iştirak edən 24600-ə yaxın məzundan 22302 nəfəri “məqbul” alıb”. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, artıq “məqbul” almış məzunların attestatları verilib, 1700 şagird isə bir və ya bir neçə fəndən “2” qiyməti alıb. İmtahana buraxılmayan şagirdlərlə bir yerdə ümumilikdə 2600 yaxın məzunun attestat ala bilməyəcəyini deyən Z. Əliqızının sözlərinə görə, həmin şəxslər gələn il istəsələr kəsildikləri fənn üzrə yenidən imtahan verəcəklər. Z. Əliqızı deyib ki, imtahanın nəticələrindən narazı qalan məzunlar iyunun 30-dək Təhsil Nazirliyinin Apellyasiya Komissiyasına müraciət edə bilər. Artıq Apellyasiya Komissiyasına müraciət edən 15 məzunun müraciəti müsbət cavablandırılıb və onlara attestat vermək qərarına gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR