Bank Of Baku

"Qəbələnin tarixinin öyrənilməsi məqsədilə aparılan qazıntılar" mövzusunda treninq-seminar keçirilib

"Qəbələnin tarixinin öyrənilməsi məqsədilə aparılan qazıntılar" mövzusunda treninq-seminar keçirilib
# 25 iyun 2009 14:18 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə "Qəbələnin tarixinin öyrənilməsi məqsədilə aparılan qazıntılar" mövzusunda treninq-seminar keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə rayon icra hakimiyyətinin, eləcə də, Azərbaycan və Cənubi Koreyanın arxeoloq alimləri iştirak ediblər. Seminarda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının orta əsrlər dövrü dəstəsinin rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev, ekspedisiyasının antik dövr dəstəsinin rəisi, AMEA-nın müxbir üzvü İlyas Babayev çıxışında bildirib ki, 800 il Azərbaycan Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin bu il 2400 yaşı tamam olur. Həmзinin, bu il Qəbələdə stasionar arxeoloji ekspedisiya qrupunun fəaliyyətə başlamasının 50-ci ili tamam olur. Qədim Qəbələnin orta əsrlər dövrünə aid hissəsində axtarış aparan ekspedisiyanın rəhbəri Qafar Cəbiyev bu günlərdə bir sıra maraqlı tapıntılar aşkar edildiyini qeyd edib.
Bildirilib ki, iyunun 25-dən Qəbələdə Azərbaycan və Cənubi Koreyanın arxeoloq alimlərindən ibarət ekspedisiya qrupu fəaliyyətə başlayıb. Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keзirilən 3 illik proqram зərзivəsində iki ölkənin alimləri Qəbələnin qədim tarixi ilə bağlı elmə məlum olmayan tapıntıların aşkar edilməsinə çalışacaqlar.
Tədbirdə Cənubi Koreyanın 8 alimindən ibarət ekspedisiya qrupunun rəhbəri, Han Şin Universitetinin arxeoloqu, professor Kvon Ho Younq çıxışında 3 il ərzində Qəbələdə həyata keзiriləcək tədqiqatlar zamanı istifadə olunacaq müasir texniki alətlər, onlardan istifadə qaydaları, qazıntıların aparılması metodları, tarixi abidələrin öyrənilməsi və qorunub saxlanılması yolları barədə məlumat verib. Digər koreyalı alimlər isə monitor vasitəsilə Yaponiya, Зin və Cənubi Koreyada həyata keçirilmiş arxeoloji qazıntıların keçmiş və müasir metodları, tapıntıların qorunub saxlanılması üsulları, eləcə də, məhv olmaqda olan tarixi abidələrin xilas edilməsi yolları barədə məlumat verib, nümunələr göstəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR