Bank Of Baku

Ali məktəblərin III ixtisas qrupunun “İmtahana buraxılış vərəqələri” iyulun 29-dan veriləcək

Ali məktəblərin III ixtisas qrupunun “İmtahana buraxılış vərəqələri” iyulun 29-dan veriləcək
# 25 iyun 2009 15:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali məktəblərin III ixtisas qrupuna sənəd verən abituriyentlərə imtahana buraxılış vərəqələri iyulun 29-dan veriləcək. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, abituriyentlər iyulun 4-dək öz elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyalarında (SQK) “İmtahana buraxılış vərəqələri”ni ala bilərlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi yer, tarix, bina dəqiqliyi ilə göstərilir. Abituriyentə imtahana buraxılış vərəqəsi ilə yanaşı, TQDK tərəfindən “Abituriyentin yaddaş kitabçası” da pulsuz olaraq təqdim olunacaq. “Abituriyentin yaddaş kitabçası”nda abituriyentin imtahanda davranış qaydaları, hüquq və vəzifələri izah olunub: “İmtahana hazırlaşan abituriyentlərə məsləhət görürük ki, onlar yadda kitabçası ilə diqqətlə tanış olsunlar. Orada imtahana gətirilməsi qadağan olunan yardımçı vasitələrin siyahısı təqdim olunub. Hər hansı yardımçı vasitə ilə imtahana girməyə cəhd göstərən abituriyent dərhal imtahandan xaric olunacaq. Təsadüfi deyil ki, iyulunun 21-də rus bölməsi abituriyentləri üçün keçirilən “Azərbaycan dili” imtahanında iki abituriyent mobil telefonla imtahana daxil olmaq istədiyinə görə imtahandan xaric olunmuşdu” .
E. Nağızadənin sözlərinə görə, orta məktəbi bu il bitirən məzunlar sənəd qəbulu zamanı attestat almadıqlarından XI sinifdə oxuduqlarını təsdiq edən arayış forması təqdim ediblər: “Artıq orta məktəblərdə buraxılış imtahanları başa çatıb. Onlara attestat təqdim olunub. Ona görə də hansı ixtisas qrupuna sənəd verməsindən asılı olmayaraq, bu ilki məzunlar attestat aldıqdan dərhal sonra elektron ərizələrinə daxil olub, attestat qiymətlərini müvafiq bölməyə yazmalıdırlar. Builki məzunlara “İmtahana buraxılış vərəqəsi” verilərkən, başqa sənədlərlə yanaşı, attestatları da yoxlanılacaq. Attestatları təqdim etməyən abituriyentlərə “İmtahana buraxılış vərəqələri” də verilməyəcək”.
Xatırladaq ki, bu il III ixtisas qrupuna 36116 abituriyent sənəd verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR