Bank Of Baku

Otuz ölkənin Azərbaycandakı səfiri Şəkiyə gedib

Otuz ölkənin Azərbaycandakı səfiri Şəkiyə gedib
# 27 iyun 2009 10:28 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkidə Milli kulinariya günü keçirilir. Şəki rayon İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən 30 xarici ölkənin səfiri ailəsi ilə birlikdə, 5 beynəlxalq təşkilatdan nümayəndələr və Şəki mətbəxinin təmsilçiləri iştirak edir.

Tədbirin keçirilməsində məqsəd xarici ölkələrin təmsilçilərinə Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirməkdir. Qonaqlar gün ərzində Şəkinin tarixi abidələri ilə yaxından tanış olacaq, rayonun görməli yerlərini gəzəcəklər.

Tədbir axşam saatlarında konsert proqramı ilə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR