Bank Of Baku

Güclü qasırğa Tovuzda dağıntılar törədib

Güclü qasırğa Tovuzda dağıntılar törədib
# 29 iyun 2009 09:19 (UTC +04:00)
Tovuz. Cəmşid Bəxtiyar-APA. Dünən qərb bölgələrində müşahidə olunan güclü külək və qasırğa Tovuz rayonuna ciddi ziyan vurub. Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Aşağı Ayıblı kəndindəki xüsusi tipli orta məktəbin binasını və 4 yaşayış evini qasırğa yarasız hala salıb. Düz Qırıxlı, Qovlar və Alakol kəndlərində də qasırğa bir neçə evin damını uçurub.
Rayon rəhbərliyi dağıntılarla bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Qasırğanın rayona vurduğu ziyanın həcmi hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR